0
Monday 8 June 2020 - 23:31

İngilis diplomatlar da Trampa arxa çevirdi!

Story Code : 867411
İngilis diplomatlar da Trampa arxa çevirdi!
Guardianın verdiyi məlumata görə britaniyalı diplomatlar və xarici siyasət üzrə ekspertlər ABŞ prezidenti Donald Trampın ikinci dəfə prezident seçiləcəyi təqdirdə  rəsmi Londonla Vaşinqton münasibətlərində ciddi problemlər yarana biləcəyi haqda xəbərdarlıq ediblər.

Onlar həmçinin ABŞ-da keçiriləcək 2020-ci il prezident seçkilərində Trampın rəqibi olan Co Baydenin seçiləcəyi təqdirdə Vaşinqtonun müttəfiq olaraq İngiltərə deyil, Avropa Birliyinə üstünlük verə biləcəyini söyləyiblər.

Diplomatlar ABŞ da baş verən hadisələri izlədikdən sonra və İngiltərənin ABŞ seçkilərindəki payına əsasən bu nəticəyə gəliblər.

Trampın koronavirusun yayıldığı bir dönəmdə aldığı qərarlara görə də nigaran olduqlarını dilə gətirən ingilis siyasətçilər ABŞ-dan asılılığı azaltmaq üçün başqa birlik axtarışında olduqlarını bildiriblər.

Savbiq MI6 rəhbəri və İngiltərənin BMT-dəki nümayəndəsi olmuş Con Saverz də Trampa ikinci dəfə şans verilməsinin problemlər yaradacağı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, İngiltərənin sabiq beynəlxalq inkişaf naziri Rori Stüart Trampın növbəti dəfə ABŞ prezidenti seçiləcəyi təqdirdə İngiltərə-ABŞ münasibətləri üçün, o cümlədən bütün dünya üçün problem yaranacağını bildirib. O İngiltərənin ABŞ-dan uzaqlaşacağı təqdirdə milli təhlükəsizliklə bağlı ciddi dəyişikliklərə ehtiyac olacağını qeyd edib.
Source : IslamTimes