0
Wednesday 10 June 2020 - 01:41

Rusiya işğalçı İsrailə xəbərdarlıq etdi

Story Code : 867607
Rusiya işğalçı İsrailə xəbərdarlıq etdi
Çərşənbə axşamı Misirin Əl-Əhram qəzetinə verdiyi müsahibədə Boqdanov deyib: "İsrailin Qərbi Şəriyəni ilhaq etməsi daha ciddi narazılıqlara və daha ciddi zorakılığa səbəb olacaq."

O əlavə edib ki, İsrailin yeni kabineti Qərb sahilinin ilhaqı planını həyata keçirmək üçün yaxın gələcəkdə əməli addımlar ata bilər.

Rusiya XİN başçısı müavini əlavə edib: "Belə bir hərəkətin çox təhlükəli olacağına inanırıq. Ərəb Birliyinin son bəyanatında açıqladığı və ilhaq planı ilə bağlı xəbərdarlıqla tam razıyıq."

Ərəb Birliyi bir neçə gün öncə sionist rejimin Qərbi Şəriyəni işğal olunmuş ərazilərə ilhaq etmək qərarını "hərbi cinayət" adlandırıb və bu qərarı məhkum edib.

Boqdanov Əl-Əhram qəzeti ilə müsahibənin davamında deyib: "İsrailin Fələstin ərazilərinin bir hissəsini ilhaq etməsi nəinki iki ölkə arasında mübahisələrə son qoymayacaq, hətta bu münaqişənin daha da şiddətlənməsinə, həmçinin ərəb dövlətlərinin sərt etirazına səbəb olacaq."
Source : IslamTimes