0
Monday 15 June 2020 - 08:01

Almaniyada irqçiliyə və sosial bərabərsizliyə qarşı mitinqlər keçirilib

Story Code : 868625
Almaniyada irqçiliyə və sosial bərabərsizliyə qarşı mitinqlər keçirilib
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Berlin polisi “Tvitter”də məlumat yayıb. 

Nümayişlərin dinc şəkildə keçirildiyi bildirilib. Mitinqlərin ən izdihamlısı paytaxt Berlində olub.

Təşkilatçılar Berlində 20 min etirazçının iştirak etdiyini desə də, polis onların sayının 8 min olduğunu bildirib. 

Polis nümayişçiləri sosial məsafəni qorumağa və tibbi maskalardan istifadə etməyə çağırıb.

Qeyd edək ki, nümayişlər ABŞ-da afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində öldürülməsinə etiraz olaraq reallaşıb.