0
Monday 15 June 2020 - 16:44

Çin: Huawei-nin maliyyə müdirinin həbsi ABŞ-ın siyasi fitnəkarlığıdır

Story Code : 868767
Çin: Huawei-nin maliyyə müdirinin həbsi ABŞ-ın siyasi fitnəkarlığıdır
Çin Xarici İşlər Nazirliyinin sözçüsü, Kanada hökumətinin Huawei-nin maliyyə direktoru Meng Wanzhou-nun həbsini ABŞ-ın siyasi fitnəkarlığı olduğunu bildirib və onun tez bir zamanda sərbəst buraxılmasını istəyib.

Bazar ertəsi günü Çin Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında Jao Liciyan deyib: "Pekin Ottavadan Huawei-nin baş direktorunun qızı, eyni zamanda şirkətin maliyyə müdiri olan Meng Wanzhou-nu ən qısa müddətdə sərbəst buraxmasını tələb edir."

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Kanadanı ABŞ-la işbirliyində günahlandırıb və Huawei-nin maliyyə müdirinin həbsinin Birləşmiş Ştatların bu şirkətə və digər yüksək texnologiyaya sahib Çin şirkətlərinə zərbə vurmaq üçün hazırlanmış bir planı olduğunu söyləyib. XİN rəsmisi Çinin öz vətəndaşlarının qanuni hüquqlarını qorumaqda qərarlı olduğunu vurğulayıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü bu bəyanatı Kanada məhkəməsinin gizli sənədləri üzə çıxarmasından sonra verib. Bu sənədlərdə ABŞ Federal Polisinin Huawei-nin maliyyə müdirini həbs etmək üçün Kanada Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etdiyi sübuta yetirilir.

Birləşmiş Ştatlar Huawei-nin maliyyə müdirini İngiltərə bankını (HSBC) aldatmaqda günahlandırır. Onlar iddia edir ki, Huawei-yə məxsus bir şirkət İranla sövdələşmə aparıb.
Source : IslamTimes