0
Wednesday 17 June 2020 - 16:49

BMT milyonlarla yəmənli uşağın qətliamını görərək kor və lal kimi davranır!

Story Code : 869199
BMT milyonlarla yəmənli uşağın qətliamını görərək kor və lal kimi davranır!
Yəmən Milli Qurtuluş Hökumətinin sözçüsü Zeyfullah əl-Şami deyib: "Birləşmiş Millətlər Təşkilatının Səudiyyə koalisiyasının adını Yəməndəki uşaq hüquqlarını pozanlar siyahısından çıxarmaq qərarı, bu beynəlxalq təşkilatın prinsiplərinə ziddir və onun nüfuzuna xələl gətirir."

Yəmənli rəsmi deyib:"Birləşmiş Millətlər Təşkilatının bu qərarı Səudiyyə koalisiyasına Yəmənli uşaqlara qarşı daha çox müharibə cinayətləri işləməsi üçün yaşıl işıq yandırır. Bundan sonra yəmənli körpələr düşmən koalisiyasının hədəfinə çevriləcək və Birləşmiş Millətlər Təşkilatı bu cinayətlərə şərik olacaq!"

Yəmən Səhiyyə Nazirliyi də BMT Baş katibinin Səudiyyə koalisiyasının uşaq hüquqlarını pozan ölkələr siyahısından çıxarılmasını tənqid edib və bildirib: "Birləşmiş Millətlər Təşkilatının zəifliyi bu təşkilatın yəmənli uşaqların parçalanmış cəsədlərini görməzdən gəlməsinə səbəb olur! Səudiyyə Koalisiyasının raket zərbələri nəticəsində ölən və ya ağır yaralanan yəmənli uşaqların sayı 7732 nəfər təşkil edir! Yəmənin mühasirəsi 5 yaşınadək olan təxminən 2 milyon yarım yəmənli uşağa ölümcül təsir edib. Bu körpələrin qidalanmasında kəskin problemlər yaranıb".
Source : IslamTimes