0
Thursday 18 June 2020 - 13:25

Çin: ABŞ sərt cavaba hazır olsun

Story Code : 869386
Çin: ABŞ sərt cavaba hazır olsun
Çinin Xarici İşlər Nazirliyi son bəyanatında bildirib ki, əgər ABŞ davranışını düzəltməsə, Çin ABŞ-a qətiyyətli, sərt cavab verəcək. ABŞ bu rəftarının səbəb olacağı bütün nəticələri qəbul etməlidir.

Çin hökumətinin sözçüsü əlavə edib: "Pekin ABŞ-dan səhvlərini dərhal düzəltməyi tələb edir. Rəsmi Vaşinqton Sincan Uyğurlarını müdafiə etmək bəhanəsi ilə Çinin maraqlarını təhlükə altına atmağı və bu ölkənin daxili işlərinə qarışmağı dayandırmalıdır!"

"Reuters"in verdiyi xəbərə əsasən, Trampın imzaladığı sanksiyalara Konqresdə cəmi 1 nəfər müxalif olub. ABŞ bu sanksiyalarla Çində insan haqqlarının pozulmasına qarşı fəaliyyət göstərən şəxslərə zərbə vurmaq niyyətində olduğunu bildirib.

Çinin Xarici İşlər Nazirliyi isə verdiyi açıqlamada bildirib ki, ABŞ-a Çin tərəfindən veriləcək istənilən cavaba görə ABŞ tərəfi məsuliyyət daşıyır. Rəsmi Pekin Vaşinqtonun bu sanksiyalarla böyük səhvə yol verdiyini bildirib.

Honk Konqla bağlı gərginliyin artması, ABŞ və Çin arasında ticarət müharibəsinin davam etməsi, Vaşinqtonun dünyada koronavirusun yayılması ilə bağlı Pekinə qarşı ittihamları, Sincan qanununun qəbul edilməsi və Cənubi Çin dənizindəki hərbi gərginlik son aylarda ABŞ və Çin arasında gərginliyin daha da artmasına səbəb olub.
Source : IslamTimes