0
Saturday 20 June 2020 - 00:25

Berlin, London və Paris Tehranın iştirakı ilə görüş keçirməyi düşünürlər

Story Code : 869672
Berlin, London və Paris Tehranın iştirakı ilə görüş keçirməyi düşünürlər
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə açıqlamanı Berlində görüşdükdən sonra üç ölkənin xarici işlər nazirləri Hayko Maas, Dominik Raab və Jan-İv Le Drian verib.

“İran üzrə “Avropa üçlüyü” səmərəli və dürüst yaxınlaşmaya hazır olduğunu bir daha təsdiqləyir və İrandan konstruktiv cavab gözləyir. Biz Tehranı əməkdaşlığa cəlb etmək və İranın nüvə proqramı məsələsi üzrə mübahisələrin həlli mexanizminin necə olduğunu dəyərləndirmək üçün nazirlər səviyyəsində görüş keçirməyə çalışacağıq”, - deyə açıqlamada qeyd olunur.