0
Wednesday 24 June 2020 - 23:02

Şinzo Abeni Tehrana Tramp yollamışdı

Story Code : 870694
Şinzo Abeni Tehrana Tramp yollamışdı
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton qalmaqallı kitabında yazıb: "ABŞ prezidenti Donald Tramp ötən il Yaponiya baş naziri Şinzo Abedən xahiş edib ki, İranla ABŞ arasında vasitəçilik edərək bu iki ölkənin münasibətlərinin normallaşmasına yardımçı olsun. Tramp Abenin nəticə əldə edəcəyini gözləmirdi."

2019-cu ilin iyununda Şinzo Abe İran İslam Respublikasına səfər etmişdi. Amma bu səfər zamanı Yaponiya Xarici İşlər Nazirliyinin rəsmisi bu ölkənin Tehrandakı səfirliyində bildirdi ki, Şinzo Abe Tehrana İranla ABŞ arasında vasitəçilik üçün gəlməyib. Səfərdə məqsədin İran və Yaponiya arasında əlaqələrin daha da genişləndirilməsi olduğu bildirildi.

Reuters xəbər agentliyi isə bildirir ki, Bolton öz kitabında yazıb: "Abe Tehrana səfərdə vasitəçilik missiyasında uğur qazana bilmədikdən sonra, Tramp onunla telefon bağlantısı yaratdı və dedi ki, bu missiyada heç bir nəticə əldə edə bilmədiyin üçün günah hissi keçirmə...
Tramp bilirdi ki, Abe əliboş qayıdacaq. Bu səbəbdən Abenin səfərinin nəticəsini öyrənəndə təəccüblənmədi."
Source : IslamTimes