0
Thursday 25 June 2020 - 08:35

İran ABŞ-ın sanksiyalarının uğursuz olduğunu bəyan edib

Story Code : 870722
İran ABŞ-ın sanksiyalarının uğursuz olduğunu bəyan edib
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi “Twitter” səhifəsində yazıb.

O, Pompeonun açıqlamasına xitabən ABŞ-ın İran vətəndaşlarına qarşı çıxılmaz addımlarını - “maksimum təzyiq”in yalnız sözdən ibarət olduğunu vurğulayıb. 

“ABŞ-ın təzyiqlərinə baxmayaraq, İran və Venesuela ABŞ-ın qanunsuz sanksiyalarına qarşı mübarizədə səbirsiz qalırlar”, deyə Musəvi əlavə edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibi Mayk Pompeo ABŞ-ın Venesuelaya yanacaq tədarükünə görə İran tankerlərinin beş kapitanına qarşı sanksiya tətbiq etdiyini bildirmişdi.