0
Monday 25 July 2011 - 00:07

Norveç qətliamını İslama yaza bilmədilər

Story Code : 87110
Norveç qətliamını İslama yaza bilmədilər
Norveç qətliamını İslama yaza bilmədilər
Norveçdə gənclər düşərgəsindəki atışma və paytaxtdakı partlayış nəticəsində ölənlərin ümumi sayı 98 nəfərə çatıb. Bu barədə Trend xarici KİV-lərə istinadən məlumat verir.
Cümə günü Norveçin paytaxtı Oslonun mərkəzində hökumət binasının yaxınlığında partlayış baş verib, nəticədə yeddi nəfər həlak olub, iki nəfər isə xəsarət alıb. Onların vəziyyəti ağırdır.
Partlayış nəticəsində Norveç Baş nazirinin administrasiyasının yerləşdiyi binanın şüşələri sınıb.
Binalardan birinin yanında yanmış avtomobilin qalıqları görünüb. Hadisə yerinə polis, tibbi xidmət və yanğınsöndürən maşınlar gəlib.
Şahidlərin ifadələrinə görə, yaxınlıqdakı məhəllələri tüstü bürüyüb. Yaxınlıqda yerləşən binalardan insanlar təxliyyə olunur.
Eyni zamanda Oslonun ətrafındakı gənclər düşərgəsində polis geyimli bir şəxsin odlu silahdan atəş açıb. Oslonun baş polis idarəsindən bildirilib ki, Utoya adasında baş vermiş qətliamı törədən 32 yaşlı Norveç vətəndaşı olan Anders Behrinq Breiviki 21 il həbs cəzası gözləyir. O, həmçinin 7 nəfərin ölümü ilə nəticələnən Oslodakı partlayışın təşkilində də günahkar bilinir.
Source : HaqqYolu
Comment