0
Tuesday 30 June 2020 - 16:17

ŞOK: Tramp seçkilərdən geri çəkilə bilər

Story Code : 871741
ŞOK: Tramp seçkilərdən geri çəkilə bilər
"FoxNews" kanalı yazıb ki, ABŞ prezidenti Donald Tramp 2020-ci il seçkilərində məğlub olacağı qənaətinə gəlsə seçkilərdən çəkiləcək.

Trampın ən sevimli TV kanallarından olan "FoxNews" kanalı Respublikaçılar partiyasındakı mənbəyə istinadən bildirib ki, bu partiya keçirilən sorğular zamanı Trampı dəstəkləyənlərin sayının kəskin şəkildə azalmasına görə narahatdırlar. Onlar Trampın ikinci dəfə prezident seçilə bilməyəcəyindən nigarandırlar.

Hal-hazırda Donald Trampın rəqibi olan Co Bayden sorğularda Trampı 9 faiz üstələyir.

"FoxNews" kanalının özünün keçirdiyi sorğuda Tramp Baydendən 12 faiz geridə qalıb.

Adının gizli saxlanılmasını istəyən Respublikaçılar partiyasının üzvü "FoxNews" kanalına bildirib ki, ola bilsin bunu söyləmək tez olsun, amma qarşıdakı günlərdə Trampı dəstəkləyənlərin sayı azalmağa davam etsə, siz Trampın seçkilərdən çəkilməsi ssenarisinə şahid ola bilərsiniz.
Source : IslamTimes