0
Thursday 2 July 2020 - 10:02

“Twitter” növbəti dəfə Trampın paylaşdığı fotonu sildi

Story Code : 872055
“Twitter” növbəti dəfə Trampın paylaşdığı fotonu sildi
“Axios” agentliyi yazır ki, söhbət “New York Times” nəşrində Birləşmiş Ştatlar prezidenti barədə geniş yazı dərc edən jurnalistin fotosundan gedir.

Qəzet öz əməkdaşının fotosunu icazəsiz paylaşan Donald Trampın tvitindən şikayət edib və şirkət prezidentin paylaşımını silib.

Bu, son həftə ərzində D.Trampın “Twitter” tərəfindən silinən ikinci paylaşımıdır.