0
Thursday 2 July 2020 - 15:43

Mosul şəhərinin İŞİD tərəfindən işğalında ABŞ-ın rolu

Story Code : 872120
Mosul şəhərinin İŞİD tərəfindən işğalında ABŞ-ın rolu
Sabiq baş nazir deyib: "Bağdadın 400 km-liyində yerləşən İraqın ikinci böyük şəhəri olan Mosul ilk öncə İraq ordusu və İŞİD qarşısında dayana biləcək qüvvələr arasında ixtilaf yaradılması ilə gerçəkləşdi."

Nuri əl-Maliki əlavə edib: "Suriyada böhranın dərinləşdiyi günlər, Dəməşqin Ən-Nüsrə və İŞİD-in terror əməliyyatları nəticəsində süqutu ehtimalı güclənirdi. Hətta dövlətə qarşı çıxan hərbçilər belə terrorçularla yanaşı təpədən dırnağadək silahlanmışdılar. Dəməşqin süqut astanasında olduğu zaman onlar İraqa hücum etdi. O çətin dönəmdə ABŞ açıq şəkildə bildirdi ki, İŞİD-lə mübarizə üçün İraqa silah verməyəcək. Amma İran və Rusiya silah anbarlarının qapılarını bizim üzümüzə açdı...

ABŞ həmin dönəmdə bizim qələbə qazanmağımızı istəmirdi. O zaman rəsmi Vaşinqton bir dəfə olsun belə İŞİD və terrorizmi dəstəkləyən dövlətləri, tam bir il beynəlxalq magistral yolu bağlayan üsyançıları tənqid etmədi." 

Nuri əl-Maliki ABŞ-ın İraqdakı qüvvələrinin bu ölkədən çıxarılması ilə bağlı qərar qəbul etdikdən sonra ABŞ onu cəzalandırmaq üçün İraqda qarışıqlıq yaratmağa, terroristlərə qarşı mübarizəyə əngəl olmağa çalışıb.

Maliki deyib ki, o dönəm ABŞ-ın müdafiə naziri açıq şəkildə bildirdi ki, Nuri əl-Maliki dövləti iş başında olduğu zaman biz İraqa yardım etməyəcəyik!