0
Saturday 4 July 2020 - 08:45

MAQATE-dən İran açıqlaması: Orada nüvə olmayıb!

Story Code : 872354
MAQATE-dən İran açıqlaması: Orada nüvə olmayıb!
Axar.az xəbər verir ki, bu barədə məlumatı Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın müvafiq rəsmi qurumlarına istinadla yayıb.

Bildirilir ki, yanğın qısa vaxt ərzində söndürülüb, yanğın olan binada nüvə və digər radioaktiv materiallar olmayıb və bu zaman radioaktiv çirklənmə baş verməyib. Həmçinin qeyd edilib ki, yanğının səbəbi hələlik bəlli olmasa da, baş vermiş hadisə zamanı heç kim xəsarət almayıb.

Beynəlxalq qurum eyni zamanda təsdiqləyib ki, yanğın baş verərkən MAQATE müfəttişləri həmin ərazidə olmayıblar.

Qeyd edək ki, ötən gün Natanz nüvə zənginləşdirmə zavodunun açıq sahəsində yanğın baş vermişdi.