0
Saturday 4 July 2020 - 19:33

"Əl-Kaziminin ABŞ-a səfərinin əsas hədəfi ABŞ ordusunun İraqdan çıxarılmasıdır"

Story Code : 872520
"Əl-Kaziminin ABŞ-a səfərinin əsas hədəfi ABŞ ordusunun İraqdan çıxarılmasıdır"
İraq parlamentinin xarici əlaqələr komitəsi bildirib ki, bir sıra böyük parlament fraksiyalarının nümayəndələri baş nazir Mustafa əl-Kazimini Vaşinqtona səfərdə müşayiət edə bilər. Uyğun səfərdə əsas müzakirə mövzusunun ABŞ qoşunlarının İraqdan çıxarılması üçün plan hazırlanması olacaq. 

İraq parlamentinin xarici əlaqələr komitəsinin üzvü Amir əl-Fəyyaz "Əl-Malumə" informasiya agentliyi ilə müsahibəsi zamanı deyib: "Baş nazirin bu səfəri öncədən hazırlanmış plan əsasında baş tutacaq. Qonşu və Avropa Birliyinə daxil olan ölkələrə də səfərlərdə məqsəd iqtisadi və təhlükəsizlik əlaqələrinin yenidən qurulması üçün əlaqələrin gücləndirilməsidir..."

Əl-Kaziminin Vaşinqtona səfərini təhlükəsizlik baxımından "böyük və xüsusi" adlandıran Amir əl-Fəyyaz deyib: "Vaşinqtonda müzakirə olunacaq əsas məsələlərdən biri ABŞ qoşunlarının İraqdan çıxarılması üçün bir qrafik hazırlanmasıdır. Bu qrafikin hazırlanması daha öncə videokonfrans formatında baş tutan danışıqların davam etməsi üçün bizim şərtimizdir."

Hadi əl-Amirinin rəhbərlik etdiyi Əl-Fəth Koalisiyası, Bədr Təşkilatının rəhbəri və Həşd əl-Şəbi Hərəkatı da İraq Baş naziri ilə onların da nümayəndələrinin ABŞ-a yollanmasını istəyib. Adı çəkilən qruplar öz nümayəndələrinin Bağdad-Vaşinqton danışıqlarında iştirak edərək, bu danışıqların detalları barədə onları məlumatlandırmağı istəyirlər.
 
Source : IslamTimes
Related Stories