0
Sunday 5 July 2020 - 01:53

Çindən Hindistana sərt mesaj: Səhv addımlar atma...

Story Code : 872557
Çindən Hindistana sərt mesaj: Səhv addımlar atma...
Axar.az xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Cao Licien mətbuat konfransında deyib.

“Münasibətlərin iki ölkə liderlərinin razılaşması əsasında qorunması vacib məsələdir. Son vaxtlarda bəzi hindli siyasətçilər davamlı olaraq Çin-Hindistan münasibətlərinə zərər verəcək açıqlamalar verirlər. Hindistan Çin şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq etməklə Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozur. Çin hökuməti məsələ ilə bağlı lazım olan addımları atacaq. Eyni zamanda, Çin şirkətlərinin qanuni hüquq və maraqlarını qoruyacaq”, – XİN sözçüsü bildirib.

Qeyd edək ki, Hindistan bir sıra Çin istehsalı sosial şəbəkələrə (Tik Tok, Veçat və s.) qadağa qoyub.