0
Sunday 5 July 2020 - 17:17

İsraildə etiraz aksiyasında Netanyahunun istefasını tələb etdilər

Story Code : 872641
İsraildə etiraz aksiyasında Netanyahunun istefasını tələb etdilər
İşğalçı İsrailin Baş naziri Benyamin Netanyahunun korrupsiya işi üzrə mühakiməsindən sonra sionist rejimdə bu həftə də müxtəlif şəhərlərdə etiraz aksiyaları keçirilib. 

Haaretz qəzetinin verdiyi məlumata görə Tel-Əviv, işğal olunmuş Qüds və digər şəhərlərdə küçələrə çıxan etirazçılar korrupsiyada ittiham olunan Netanyahu dövlətinə etiraz edib və Benyamin Netanyahunun istefa verməsini tələb ediblər.

Aksiyada iştirak edənlər Netanyahu dövlətinin koronavirus pandemiyasına qarşı səmərəsiz tədbirlərinə, bu pandemiya səbəbindən yaranan iqtisadi böhrana və Fələstinin Qərb Sahilinin 30 faiz ərazilərinin İsrailə ilhaqı planına da etiraz ediblər.

Etirazçılar bəyanatlarında deyib: "Biz ötən həftə ciddi təhlükələrlə üz-üzə qaldıq. Bir müttəhim yenə də baş nazir kürsüsünə oturdu. Netanyahu hakimiyyətdə olmasından sui-istifadə edir və mühakimə olunmaqdan yayınır!"

Qeyd edək ki, işğalçı İsrail baş naziri rüşvət, fırıldaqçılıq və ona göstərilən etimaddan sui-istifadə ittiham olunur. O dəfələrlə koronavirusu bəhanə edərək məhkəməyə gəlməkdən yayınmağa çalışıb.
Source : IslamTimes