0
Tuesday 7 July 2020 - 15:36

Conson növbəti dəfə Netanyahudan ilhaq planının ləğvini istədi

Story Code : 873048
Conson növbəti dəfə Netanyahudan ilhaq planının ləğvini istədi
"Jerusalem Post" xəbər verir ki, Boris Conson Netanyahunun Qərb Sahilinin 30 faizini işğal etmək planına görə narahatlığını dilə gətirib və Netanyahudan növbəti dəfə bu planı həyata keçirməməsini istəyib.

Conson ilhaq planının icrasının Fələstinlə aparılan saziş prosesini məhv edə biləcəyini vurğulayıb.

Netanyahu isə öz növbəsində iddia edib ki, Tel-Əviv ABŞ prezidentinin "Əsrin müqaviləsi" adlandırdığı plana əsasən fələstinlilərlə danışıqlar aparmağa hazırdır.

Conson bir müddət öncə də "Yediot Ahronot" qəzetində yer alan müsahibəsində sionist rejimdən Qərbi Şəriyənin 30 faizini işğal etmək planını ləğv etməsini istəmişdi. Conson ilhaq planının beynəlxalq qanunlara zidd olduğunu bildirərək Londonun bu planı qəbul etmədiyini təkidlə vurğulamışdı.

Sionist rejim 1 iyul tarixindən Fələstin torpaqlarının bir hissəsinin ilhaqına başlanacağını bildirsə də bu tarix gəlib çatdığı an, plan icra olunmadı. Haaretz qəzeti iddia edib ki, Netanyahu korrupsiya ittihamı ilə mühakimə olunmaqdan yayınmaq üçün bu planı gündəmə gətirib və əslində İsrailin belə bir planı yoxdur.
Source : IslamTimes