0
Wednesday 8 July 2020 - 01:49

İngiltərə cinayətkar Səudiyyə Ərəbistanına silah satışı qadağasını qaldırır

Story Code : 873153
İngiltərə cinayətkar Səudiyyə Ərəbistanına silah satışı qadağasını qaldırır
Reuters xəbər agentliyinin verdiyi məlumata görə, Britaniyanın Beynəlxalq Ticarət naziri Liz Truss deyib: "Artıq Britaniyada məhkəmənin Səudiyyə Ərəbistanına silah satışına qoyduğu qadağa qüvvədə deyil!"

O əlavə edib ki, 2019-cu il 20 iyun tarixindən etibarən qüvvəyə minən qadağanı Britaniya hökuməti aradan qaldırıb və yeni müqavilə imzalanacaq. Bir il öncə Britaniya dövləti silah ixracı ilə bağlı qadağanı pozaraq Ərəbistana silah satıb. Böyük ehtimalla bu silahlar Yəmən müharibəsində də istifadə edilib.

Hökmə əsasən həmin zaman İngiltərədən silah ixracını təcili şəkildə dayandırmaq tələb olunmamışdı. Amma bu qərar silah ixracı ilə bağlı Ərəbistanla yeni müqavilələr imzalanmasını yasaqlayırdı.

İngiltərə Amerika, Rusiya, Fransa, Almaniya və Çindən sonra 6-cı silah ixrac edən ölkədir.

Qeyd edək ki, Britaniyada məhkəmə Səudiyyə Ərəbistanının Yəmən xalqına qarşı hərbi cinayət törətdiyini bildirmiş və bu səbəbdən Britaniyanın Səudiyyə Ərəbistanına silah satışına qadağa qoymuşdu.

Səudiyyə Ərəbistanı 6 ilə yaxındır ki, Yəmən xalqının başına bomba yağdırır. Ali Səud rejiminin cinayətləri nəticəsində yəməndə 100 mindən çox yəmənli həlak olub. Almaniya da Ərəbistanın cinayətlərinə laqeyd qala bilməyib və bu ölkəyə silah satışını müvəqqəti olaraq dayandırıb.
Source : IslamTimes