0
Wednesday 8 July 2020 - 10:21

Çin nüvə danışıqlarında iştirakının şərtini açıqladı

Story Code : 873202
Çin nüvə danışıqlarında iştirakının şərtini açıqladı
“Report” xəbər verir ki, ABŞ və Rusiya arasında yeni Strateji Nüvə Silahlarının Azaldılması Müqaviləsi tərəflərin hər birinə 1550-dən çox olmamaqla nüvə başlığına malik olma imkanı verir.

“ABŞ nüvə silahlarının sayını Çinin malik olduğu nüvə silahlarının sayına qədər endirməyə razı olsa, rəsmi Pekin ertəsi gün danışıqlara qoşulacaq”-deyə, XİN rəsmisi bildirib.

Stokholm Beynəlxalq Sülh İnstitutu (SIPRI) və Amerika Elm Adamları Federasiyasının (FAS) birgə apardığı araşdırmalara görə hazırda dünyada sadəcə 9 ölkədə nüvə silahı var.

Siyahıya Rusiya rəhbərlik edir. İkinci yerdə ABŞ dayanır ki, onun da 6 450 nüvə silahı mövcuddur. Çinin isə 280 ədəd nüvə silahının olduğu ehtimal edilir.