0
Thursday 9 July 2020 - 01:03

Yəhudilər Cared Kuşnerin ofisinin önündə ilhaqa etiraz etdilər

Story Code : 873333
Yəhudilər Cared Kuşnerin ofisinin önündə ilhaqa etiraz etdilər
Bir qrup Amerika yəhudisinin başçılıq etdiyi onlarla fələstinli insan haqları fəalı iyulun 7-si səhər saatlarında ABŞ prezidentinin qızı İvanka Tramp və kürəkəni Cared Kuşnerin Vaşinqtonda yerləşən evinə yürüş edərək, İsrail rejiminin Qərb Sahili ərazilərinin planlı şəkildə ilhaq edilməsinə etiraz ediblər.

Deyerler.org Rutply-ə istinadən xəbər verir ki, etirazçılar əllərində qara və narıncı rənglə yazılmış “Cared Kuşner aparteidə imkan verir” plakatı tutublar və İsrail rejiminə davam edən maliyyə dəstəyinə dair “Boş çeki sonlandırın” şüarını səsləndiriblər.

“İsrail rejimi Qərb Sahilinin bir çox hissəsini ilhaq etməyi planlaşdırır. Bu qanunsuz torpaq zəbtidir və yalnız bölgədəki gərginliyi artıracaq bir şiddətli və təhlükəli hərəkətdir. Amerikalı bir yəhudi kimi ABŞ hökumətinin İsrail rejiminin ordusu və İsrail rejimini müxtəlif yollarla dəstəklədiyini və bir çox maliyyə təmin etdiyini bilirəm. Mən vergi dollarımın bu zorakı hərəkətə dəstək verməsini istəmirəm. Buna görə etiraz etmək, Cared Kuşneri oyatmaq və ona amerikalı yəhudilərin onun yanında olmadığını, ilhaqın əleyhinə olduğunu bildirmək üçün gəldim”, - deyə “İşğala Qarşı Yəhudilər”in (Non-Violence International) nümayəndəsi Cessika Lupu bildirib.

“Amerika Birləşmiş Ştatları hökumətinə göndərdiyimiz mesaj budur ki, İsrail rejiminin Fələstini işğal etməsini və fələstinlilər üçün aparteid vəziyyətini dəstəkləməyi dayandırsınlar. Kuşner, orada yaşayan bir çox insana bu qədər zərər verən İsrail rejimini və Bibi Netanyahunun siyasətlərini dəstəkləmək üçün ön plana çıxdı”, - deyə Qeyri-Zorakılıq Beynəlxalq Təşkilatının (Non-Violence International) nümayəndəsi Maykl Bir bildirib.