0
Thursday 9 July 2020 - 12:19

Trampa növbəti zərbə qardaşı qızından gəldi

Story Code : 873399
Trampa növbəti zərbə qardaşı qızından gəldi
MSNBC kanalının verdiyi məlumata görə ABŞ prezidenti Donald Trampın qardaşı qızı, psixologiya üzrə doktorantura məzunu olan professor doktor Mary L. Tramp qələmə aldığı kitabla bütün dünyada müzakirələrə səbəb olub. Tramp özünü bütün amerikalılardan daha ağıllı, cəsur göstərməyə çalışsa da, qardaşı qızı onun haqda təbliğatların yalan olduğunu və əslində Trampın bir fırıldaqçı olduğunu yazıb.

Trampın qardaşı qızı yazıb: "Ailəm yer üzündəki ən təhlükəli insanı yaratdı. Donald Trampın eqoist adlandırılmasında heç bir problem görmürəm. O, eqoist insanlarda müşahidə edilən psixi pozğunluqlarla bağlı doqquz meyardan hamısına malikdir! Onun üçün eqoist kəlməsi belə azdır..."

Mary L. Tramp kitabında əmisini eqoist, dəli olduğunu qeyd edərək, onun həyatının xəyanət, yalanla dolu olduğunu bildirib.

Qeyd edək ki, Tramp bu kitabın çap olunmaması üçün əlindən gələni etmişdi ki, ailədən olan bir şəxsin onun haqda söylədikləri nüfuzuna zərbə vurmasın.
Source : IslamTimes