0
Saturday 11 July 2020 - 10:26

Tramp ABŞ-ın NATO-dan çıxması ilə bağlı danışdı

Story Code : 873739
Tramp ABŞ-ın NATO-dan çıxması ilə bağlı danışdı
ABŞ Prezidenti ABŞ-ı NATO-dan çıxarmaq niyyətində olmadığını, ancaq bununla belə üzv ölkələrin üzvlük haqlarının ödənmməsinə diqqət ayırmalı olduğunu bildirib.

"Demək olar ki, heç bir şey ödəməyənlər var idi və indi ödəyirlər. Mənə vacib bir sual verdilər: "Əgər ödəməsəydik, sən tərk edərdin?" Mən isə cavab verdim: "Bəli, tərk edərdim". Əgər belə cavab verməsəydim, ödəməzdilər ",-deyə Tramp qeyd edib.

Qeyd edək ki, daha əvvəl Donald Trump ölkənin NATO müttəfiqlərini tənqid edərək müdafiə xərclərini artırmağa çağırmışdı. ABŞ Prezidentinin sözlərinə görə, təşkilata üzvü olan bütün ölkələr öz öhdəliklərini yerinə yetirməlidirlər. /Qafqazİnfo/
Related Stories