0
Sunday 19 July 2020 - 01:25

Həmas: Qüds qırmızı xəttimizdir!

Story Code : 875291
Həmas: Qüds qırmızı xəttimizdir!
Həmas Müqavimət Hərəkatının sözçüsü Fəvzi Bərhum bildirib ki, Amerika və sionistlərin Fələstin məsələsini birdəfəlik gündəmdən çıxarmaq üçün cızdıqları "Əsrin sövdələşməsi" və ilhaq planı əsla həqiqətləri dəyişdirə bilməyəcək.
 
Bərhum Qüdsə və Məscidul-Əqsaya dəstək, o cümlədən Bab əl-Rəhmə məscidinin bağlanmasına etiraz məqsədilə keçirilən aksiya zamanı deyib: "Bütün Fələstin ərazisi Fələstin xalqına aiddir və biz bu torpaqların bir qarışından belə keçməyəcəyik. Bütün gücümüzlə, nəyin bahasına olursa-olsun, Qüdsü, Əl-Əqsa məscidini qoruyacağıq!
 
Həmas hərəkatının sözçüsü əlavə edib: "Qüds və Əl-Əqsa məscidi bizim üçün qırmızı xəttdir və bu məkanları qorumaq bizim üçün və bütün müsəlman ümməti üçün dini vəzifədir."
 
Bərhum bütün Fələstin xalqından və müsəlmanlardan işğal altında olan Qüds və Əl-Əqsa məscidinə dəstək olan proqramlara yardım etmələrini istəyib.
Source : IslamTimes