0
Wednesday 22 July 2020 - 09:53

İraq baş naziri İran rəsmiləri ilə görüşdü

Story Code : 875910
İraq baş naziri İran rəsmiləri ilə görüşdü
"FarsNews" informasiya agentliyinin verdiyi xəbərə görə ötən gün İrana rəsmi səfər edən İraq baş naziri Mustafa əl-Kazimi İranda ali dini lider Ayətullah Xamenei də daxil olmaqla ali rütbəli dövlət rəsmiləri ilə görüşüb.

Əl-Kazimi təkidlə vurğulayıb ki, İraq heç vəchlə öz torpaqlarından İran İslam Respublikasına qarşı əməliyyatlar keçirilməsinə izn verməyəcək. İraq daxili məsələlərə müdaxilə etməmək prinsipi ilə rəsmi Tehranla yaxşı münasibətlər qurmaq niyyətindədir.

İran prezidenti Həsən Ruhani və İraq baş naziri Mustafa əl-Kazimi bildirib ki, iki ölkə ticarət əlaqələrinin həcmini 20 milyard dollara çatdıracaq.

Əl-Məyadin kanalı bildirib ki, İraq baş nazirinin bu qərarı bir daha göstərdi ki, ABŞ və Səudiyyə Ərəbistanının İraqı İranla əlaqələrdən, enerji sahəsində həmkarlıqdan çəkindirməyə yönəlmiş planları səmərəsiz olub. ABŞ və Səudiyyə Ərəbistanı İraqla Fars Körfəzi ölkələri arasında elektrik enerjisi ilə bağlı müqavilələrin daha da sürətlə həyata keçirilməsi üçün təlaş göstərirdi.
Source : IslamTimes