0
Thursday 30 July 2020 - 00:39

Çin: ABŞ-ın quldurluqlarına göz yummaq olmaz!

Story Code : 877433
Çin: ABŞ-ın quldurluqlarına göz yummaq olmaz!
Çin xarici işlər naziri fransalı həmkarı ilə müzakirə zamanı bildirib ki, rəsmi Pekin ABŞ-la "məntiq üzərində qurulmuş əlaqələr" yaratmağa hazır olsa da, ABŞ-ın hegemonluq ardınca olan hərəkətlərinə cavab vermək üçün əzmkar iradəyə sahibdir. Çin xarici işlər naziri həmçinin beynəlxalq qurumların ABŞ-ın quldurluqlarına cavab verməli olduğunu söyləyib.

"Xinhua" xəbər agentliyinin məlumatına görə Çin xarici işlər naziri Vanq Yi Fransa xarici işlər naziri Jean-Yves Le Drianla söhbət zamanı deyib: "Hazırda ABŞ və Çin arasında olan problem Amerikadakı bir siyasi qrupun istəkləri səbəbindəndir. Hakim partiya Çin-ABŞ arasındakı tarixi münasibətləri məhv etməyə çalışır. İki ökə arasındakı mövcud vəziyyət bir çox dünya ölkəsinin narahatlığına səbəb olub."

Qeyd edək ki, Donald Tramp prezident seçildikdən sonra Vaşinqton-Pekin münasibətlərində ciddi gərginliklər yaranıb. ABŞ dövlət katibi Mayk Pompeo da tez-tez Çin dövlətinə qarşı əsassız iddialarla bu gərginliyin daha da artmasına səbəb olur.
Source : IslamTimes