0
Saturday 1 August 2020 - 04:55

Tramp: "ABŞ tez bir zamanda Əfqanıstanı tərk edəcək"

Story Code : 877707
Tramp: "ABŞ tez bir zamanda Əfqanıstanı tərk edəcək"
Bunu ABŞ prezidenti Donald Tramp öz açıqlamasında bildirib.

“Tez bir zamanda Əfqanıstandan çıxacağıq”, - deyən Amerika prezidenti Ağ Evdə tədbir zamanı vurğulayıb.

ABŞ Dövlət katibi Mayk Pompeo da bu həftə verdiyi açıqlamalarının birində radikal “Taliban” hərəkatı ilə bağlanmış sülh müqaviləsinin bir hissəsi olaraq, nəhayət ki, Vaşinqtonun gələn ilin may ayında Əfqanıstandan çıxmaq niyyətində olduğunu deyib.

Qeyd edək ki,  ABŞ Taliban terrorçuları ilə sülh müqaviləsini bir uğur kimi göstərməyə çalışsa da, əslində bu sazişdən sonra həbsdə terrorçu Taliban üzvləri azad edilir, Taliban isə hələ də terror əməliyyatlarına davam edir.