0
Saturday 1 August 2020 - 06:07

ABŞ-da iki təyyarə toqquşub, biri deputat olmaqla 6 nəfər ölüb

Story Code : 877710
ABŞ-da iki təyyarə toqquşub, biri deputat olmaqla 6 nəfər ölüb
APA xəbər verir ki, bu barədə ştatın ictimai təhlükəsizlik idarəsinin yaydığı məlumatda bildirilib. Ölənlərin arasında nümayəndələr palatasının ştatdan olan deputatı Harri Knopp da var.

Məlumata görə, təyyarələrin birində altı nəfər, digərində bir nəfər - yerli siyasətçi Harri Knopp olub. Altı nəfərin hadisə yerində, digərinin isə xəstəxanaya aparılarkən yolda öldüyü bildirilir.

Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və Federal Mülki Aviasiya İdarəsi hadisəni araşdırır.