0
Thursday 28 July 2011 - 09:36

Çindən ABŞ-a xəbərdarlıq

Story Code : 87795
Çindən ABŞ-a xəbərdarlıq
Çindən ABŞ-a xəbərdarlıq
"IslamTimes" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Çin ölkə sərhədlərində görünmüş ABŞ casus təyyarələriylə bağlı verdiyi şərhdə, bu kimi hadisələrin hərbi əlaqələrin inkişaf etdirilməsinin qarşısında böyük maneə olduğunu diqqətə çəkib.

Çin mətbuatında yer almış xəbərlərdə Çin dövlətinin Müdafiə Nazirliyinin ABŞ-dan Çinin suverenliyinə və təhlükəsizliyinəhörmət göstərməsini tələb etdiyi bildirildi.

Mediada həmçinin Çin döyüş təyyarələrinin, ötən ay Tayvan hava sahəsində kəşfiyyat uçuşu edən Amerikan təyyarəsinin izinə düşdüyü xəbəri də yer almışdı.

Vaşinqton isə, bundan öncə də beynəlxalq hava sahəsində kəşfiyyat uçuşlarının həyata keçirildiyini və bundan sonra da davam edəcəyini bildirib. Pekin-Vaşinqton əlaqələri, son illərdə Amerikanın Tayvana silah satma planları və Cənub Çin Dənizindəki problemlər üzündən getdikcə gərginləşir.
Comment