0
Monday 3 August 2020 - 15:07

Netanyahu əleyhinə etirazlar, bu dəfə Nyu Yorkda!

Story Code : 878104
Netanyahu əleyhinə etirazlar, bu dəfə Nyu Yorkda!
İşğalçı İsrail rejimi baş naziri Benyamin Netanyahunun zəif idarəçiliyi və korrupsiyada ittiham olunması ilə əlaqədar başlayan etirazlar artıq ABŞ-da davam edir. San-Fransiskodan sonra Nyu-Yorkda da Netanyahunun istefası tələbi ilə aksiya keçirilib.

Haaretz qəzetinin yazdığına görə, Nyu-Yorkda yaşayan israillilər Vaşinqton Meydanı Parkı ətrafında toplaşaraq Netanyahuya qarşı şüarlar səsləndirib və onun istefasını istəyiblər.

Netanyahu əleyhinə aksiyada iştirak edənlərin əksərinin əlində "cinayətkar nazir" plakatları olub.

Bundan öncə cümə günü də San-Fransiskoda "Golden Gate" körpüsü yaxınlığında Netanyahunun baş nazir vəzifəsindən istefasını tələbi ilə aksiya keçirilmişdi.
Source : IslamTimes