0
Tuesday 4 August 2020 - 11:52

Qərb bizi buna sövq edir - Rusiyalı deputat

Story Code : 878252
Qərb bizi buna sövq edir - Rusiyalı deputat
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Polşaya əlavə 1000 əsgər göndərməsinə münasibət bildirən rusiyalı deputat Yuri Şvıtkin deyib. O bildirib ki, Avropada NATO qoşunlarının çox olması təhlükəsizliyə təhdid yaradır:

"Min əsgər bir alay deməkdir. Əlbəttə, bu, nəticə verməyəcək, amma Avropada NATO qoşunları nə qədər çox olarsa, təhlükəsizlik də bir o qədər az olar. Düzdür, bu daha çox siyasi məqsədlə edilib. Bu vəziyyət isə Rusiyanı təhlükəsizliyi təmin etməyə daha çox məcbur edir. Qərb ölkələrinin özləri bizi birbaşa bu istiqamətdə potensialımızı artırmağa sövq edir".

Qeyd edək ki, Pentaqon rəhbəri Mark Esper ABŞ və Polşa hökumətinin Şərqi Avropada əlavə min amerikalı əsgərin yerləşdirilməsi ilə bağlı danışıqları başa çatdırdığını bildirib.
Related Stories