Tramp seçkilərdə qalib gələrsə İran və Şimali Koreya ilə razılaşma imzalayacağını bildirib
Story Code : 879026
SalamNews BBC-ə istinadla xəbər verir ki, Donald Tramp qarşıda gələn seçkilərdə qalib gəlməsinin xarici siyasətə təsirindən söz açıb.
O bildirib ki, İran və Şimali-Koreya kimi dövlətlər Co Baydenin qalib gəlməsinə ümidvardırlar və ona görə hazırda razılaşmaya getmirlər.
Tramp iddia edib ki, seçkilərdə qalib gələndən sonra İran və Şimali-Koreya ilə razılaşma əldə edəcək.
Qeyd edək ki, ABŞ nüvə sazişindən çıxdıqdan sonra İrana qarşı maksimum şiddətli sanksiyalara başlasa da rəsmi Tehranı yeni anlaşma əldə etməyə razı sala bilməyib.