0
Tuesday 11 August 2020 - 00:10

Rusiya Təhlükəsizlik Şurası: ABŞ və İngiltərə insan haqlarının əsas pozucularıdır

Story Code : 879523
Rusiya Təhlükəsizlik Şurası: ABŞ və İngiltərə insan haqlarının əsas pozucularıdır
NBC xəbər agentliyinin verdiyi xəbərə görə Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Aleksander Vendiktov "Ria Novosti" ilə müsahibəsi zamanı ABŞ və Britaniyanı insan hüquqlarını pozan iki əsas ölkə kimi təqdim edib.

Aleksander Vendiktov deyib: "Son illərdə Qərb hələ heç kimin dərk edə bilmədiyi qanunlar uyğulayır. Əlbətdə ki, bu qanunlar beynəlxalq hüquq normalarına da ziddir və qəbul edilmir. ABŞ və İngiltərə beynəlxalq hüququ pozanların siyahısında ilk pillədədir!"

Vendiktov sözlərinin davamında Venesuelanın 30 ton qızılının İngiltərə hökuməti tərəfindən bloklanmasını yada salıb və deyib: "Bildiyimiz kimi bu İngiltərənin ilk özbaşınalığı deyil. II Dünya Müharibəsindən sonra bir neçə ölkənin qızıl ehtiyatları rəsmi London tərəfindən bloklandı və İngiltərə tərəfindən mənimsənildi. Bundan sonra onlar üçün Səddamın süqutundan sonra İraqda yaşananlar, o cümlədən Qəddafinin ölümündən sonra Liviyada baş verənlərə bənzər bir aqibət yaşandı!"
Source : IslamTimes