0
Wednesday 12 August 2020 - 23:23

İsrail: Şimali Koreya Təhlükəsizlik Sistemimizə hücum edib

Story Code : 879934
İsrail: Şimali Koreya Təhlükəsizlik Sistemimizə hücum edib
"Russia Today"ın verdiyi xəbərə əsasən, işğalçı İsrail rejimi rəsmiləri iddia edib ki, Şimali Koreyanın "Lazarus" kiber dəstəsi sionist rejimin Təhlükəsizlik Sisteminə hücum edib. 

İsrail Müdafiə Nazirliyi bildirib ki, "Lazarus" hakerləri "sosial mühəndislik" kimi yollarla, "Linkedin" saytında saxta hesablar yaradaraq öz məqsədlərinə çatmağa çalışırlar.

İşğalçı rejimin Müdafiə Nazirliyinin bəyanatında bildirilir ki, koreyalı hakerlər icra meneceri, baş icraçı direktor, xarici firma nümayəndələri kimliyi ilə İsrail Hərbi Sənayesinə nüfuz etmək istəyiblər.
Source : IslamTimes