0
Thursday 13 August 2020 - 14:11

Bütün ölkələrin işinə qarışan Makron İrana "müdaxilə etmə" dedi

Story Code : 880038
Bütün ölkələrin işinə qarışan Makron İrana "müdaxilə etmə" dedi
Fransa xəbər agentliyinin verdiyi məlumata görə Makron İran prezidenti Həsən Ruhani ilə telefon bağlantısı zamanı İranın Livanın daxili işlərinə qarışmamasını istəyib və deyib: "Bütün qüvvələr hər hansı bir xarici müdaxilədən çəkinməlidir və bu fövqəladə vəziyyətin öhdəsindən gələ biləcək bir hökumətin təşkil edilməsinə yardımçı olmalıdır..."

Son məlumata görə, Beyrutdakı ammonium nitrat kimyəvi anbarında baş vermiş partlayış nəticəsində həlak olanların sayı 171 nəfərə çatıb və 6 mindən çox yaralı var.

Makron özü verdiyi məsləhətlərin tam əksinə hərəkət edir. Belə ki, Beyrut limanında partlayış baş verəndən dərhal sonra Fransa prezidenti Livana səfər edən ilk dünya lideri oldu. Livan rəsmiləri, o cümlədən Prezident Mişel Aun, Baş nazir Hesan Diab və Livan Parlamentinin spikeri Nəbih Beri ilə görüşən Makron "Livanda lazımi islahatlar aparılmasa, ölkə bu durumdan qurtula bilməyəcək" - demişdi. 
Source : IslamTimes