0
Sunday 16 August 2020 - 10:52

Baydendən SKANDAL AÇIQLAMA: "Ərdoğanı devirmək üçün əlimizdən gələni edəcəyik"

Story Code : 880594
Baydendən SKANDAL AÇIQLAMA: "Ərdoğanı devirmək üçün əlimizdən gələni edəcəyik"
Publika.az xəbər verir ki, "New York Times" qəzetinə müsahibə verən Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə ilə bağlı skandal sözlər işlədib.

Hakimiyyətə gələcəyi təqdirdə Ərdoğanı devirmək üçün müxalifətə dəstək verəcəyini deyən Bayden Türkiyəyə qarşı sanksiyalar tətbiq edəcəyini bildirib.

"Biz Türkiyə müxalifətini dəstəklədiyimizi açıq şəkildə göstərməliyik. Müxalifətlə açıq təmasa keçib, onları Ərdoğanı yenəcək duruma gətirməliyik" - Beyden belə deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitterdə yazdığı statusunda Baydenə cavab verib. Ərdoğan, Baydenə cavab verməni vaxt itkisi adlandırıb.

"Biz kimin nə dediyinə deyil, millətimizin nə istədiyinə, hansı istiqaməti göstərdiyinə baxaraq yolumuza davam edəcəyik. Gərəksiz mübahisələrlə enerjimizin xərclənməsinə, vaxt itkisinə, diqqətimizin dağılmasına izn verməyəcəyik" - Ərdoğan belə deyib.