0
Tuesday 18 August 2020 - 18:32

Mişel Aun: Hizbullah Beyrutdakı partlayışın səbəbkarı ola bilməz!

Story Code : 881057
Mişel Aun: Hizbullah Beyrutdakı partlayışın səbəbkarı ola bilməz!
Livan prezidenti Mişel Aun, İtaliya qəzetinə verdiyi müsahibədə deyib: "Beyrut limanında baş verən partlayışın Hizbullaha məxsus silah-sursat anbarının partlaması nəticəsində baş verməsi mümkün deyil. Amma buna baxmayaraq bütün ehtimallar araşdırılır.

O əlavə edib: "Hizbullahın Beyrut limanında heç bir silah anbarı olmayıb."

Mişel Aun bildirib ki, bu gün təhqiqatlarda əsas diqqət mərkəzində olan məsələ partlayışın səhlənkarlıq səbəbindən, yoxsa xarici müdaxilə nəticəsində baş verməsi ilə bağlıdır.

Prezident deyib: "Bir çoxları partlayışdan öncə liman səmasında təyyarələr göründüyü barədə danışır, amma bu xəbərlər çox da etibarlı deyil."
Source : IslamTimes