0
Wednesday 19 August 2020 - 18:20

Tramp Suzanı ölümündən 114 il sonra əfv etdi

Story Code : 881279
Tramp Suzanı ölümündən 114 il sonra əfv etdi
"CNN" kanalının verdiyi məlumata əsasən, ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melania Trampla birlikdə iştirak etdiyi bir tədbirdə 1872-ci ildə səsvermədə qeyri-qanuni olaraq iştirak etdiyi üçün həbs edilmiş xanımı əfv edib.

Tramp Ağ Evdəki tədbirdə Suzan Bi Antoninin əfv olunması ilə bağlı sənədi imzalayıb. 

ABŞ prezidenti deyib: "Mən Suzan Bi Antoni üçün tam və mütləq bir əfv sənədi imzaladım. O heç vaxt əfv edilmədi. Bu əfv nə üçün bu qədər uzun sürdü?"

Xanım Suzan Bi Antoni 1872-ci ildə "qeyri-qanuni səsvermə"də ittiham edilərək həbs edilib. Bu əməlinə görə cərimə də olunan xanım Antoni Amerikada qadınlara səsvermə hüququnu tanıyan qanunun qəbul edilməsindən 14 il öncə vəfat edib.

Trampın Amerikada prezident seçkilərinə qısa bir müddət qala belə bir nümayiş xarakterli addım atması minlərlə insanın etirazı ilə qarşılanıb. Çoxları Trampın bu riyakarlıqla insanların səsini qazanmağa çalışdığına inanır.
Source : IslamTimes