Maykl Pens vitse-prezidentliyə namizəd kimi seçkilərdə iştiraka razılıq verib
Story Code : 882759
APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə Maykl Pens Merilənd ştatının Baltimor şəhərində çıxışında deyib.
"Prezident Trampın mənə göstərdiyi etimada minnətdarlıq hissi, Respublikaçılar Partiyasının dəstəyi və Tanrının lütfü ilə ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizədliyimi irəli sürməyiniz barədə qərarınızı təvazökarlıqla qəbul edirəm", - deyə o bildirib.
Maykl Pens ölkəsinin hazırda sınaqlardan keçdiyini qeyd edib.
"2020-ci ildə amerikalılar çox sınaqdan keçdilər. Ancaq xoşbəxtlikdən çətin zamanlarda bizə dəstək olmaq əzmində olan enerjili, qərarlı Prezidentimiz var", - deyə Maykl Pens əlavə edib.