0
Thursday 27 August 2020 - 14:30

Türkiyə NATO-AB əməkdaşlığına mane olur - Stoltenberq

Story Code : 882760
Türkiyə NATO-AB əməkdaşlığına mane olur - Stoltenberq
Axar.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

“Türkiyə BMT-nin Liviyaya silah embarqosunun yoxlanılması mövzusunda NATO-AB əməkdaşlığına mane olur. Türklər silah embarqosunu yoxlamaq üçün AB-nin dəniz əməliyyatı ilə NATO-nun Aralıq dənizindəki “Sea Guardian” (Dəniz Mühafizəçisi) missiyası arasındakı əməkdaşlığa qarşıdır. Vəziyyət belə olduqda NATO AB ilə əməkdaşlıq etmək üçün alternativ yollar axtarmağa davam edir”, - baş katib bildirib.

Qeyd edək ki, Türkiyə Avropa Birliyinin əməliyyatının Liviya Razılıq Hökumətinə zərər verdiyini bildirib və NATO-nun bu əməliyyata dəstək verməsinə qarşı çıxıb.