0
Saturday 29 August 2020 - 16:03

Çin ABŞ-a çağırış etdi

Story Code : 883133
Çin ABŞ-a çağırış etdi
Bu barədə Çin mətbuatı məlumat verib.   

“Sinxua” Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsi Çjan Çzyunun "Uzunmüddətli birtərəfli sanksiyalar Suriya xalqı üçün böyük çətinliklər yaratdı və dərhal aradan qaldırılmalıdır", - sözlərini sitat gətirib. O, sanksiyaların Suriya iqtisadiyyatına ziyan vurduğuna, suriyalıların həyatını məhv etdiyinə və ölkənin koronavirus pandemiyasına cavab vermə qabiliyyətinə xələl gətirdiyinə diqqət çəkib.   

Çin nümayəndəsi vurğulayıb ki, ABŞ başqalarını günahlandırmaq əvəzinə Suriyadakı humanitar vəziyyətdən həqiqətən narahatdırsa, birtərəfli sanksiyaların ləğvi də daxil olmaqla, edə biləcəyi çox şey var. O, ABŞ-ı Suriyanın humanitar məsələsini siyasiləşdirməyi dayandırmağa çağırıb.   Çajn Çzyun beynəlxalq ictimaiyyətin Suriya hökumətinə iqtisadiyyatını canlandırmaq üçün dəstək verməli olduğunu bir daha təsdiqləyib. /Eastnews/
Related Stories