0
Saturday 29 August 2020 - 23:37

Təkfirçilərdən Livanda imam Hüseyn əzadarlığına qarşı fitnəkarlıq

Story Code : 883196
Təkfirçilərdən Livanda imam Hüseyn əzadarlığına qarşı fitnəkarlıq
Livan paytaxtı Beyrutun 12 km-liyində yerləşən Əl-Xəldə şəhərində təqribən bir həftə öncə etiraz aksiyaları adı altında şübhəli hərəkətlilik müşahidə edilib. Əslində terrorçu qruplaşma üzvü olan dəstə üzvləri ilk öncə "Chebli Center" mağazalar şəbəkəsinə hücum çəkərək ticarət mərkəzinə zərər verib, məhərrəmlik ayı münasibəti ilə asılan plakatları da yırtıblar. Terrorçuların bu hörmətsizliyinə etiraz edən mağaza işçilərinə odlu silahdan atəş açılıb və mağazaya ciddi xəsarət yetirilib. Silahlılar mağazanın müdiri olan Əli Şeblinin evini də RPG silahı ilə hədəf alıblar. 

Terrorçular əhalinin ciddi etirazını gördükdən sonra iddia ediblər ki, onlar İmam Hüseyn (ə) əzasına aid bayraqları deyil, Rəfiq Həririnin qətlində ittiham olunan Səlim Ayyaşın plakatını yırtıblar. Amma çox keçmədən onların əzadarlıq üçün asılmış bayraqları, plakatları yırtdıqlarını göstərən görüntülər sosial şəbəkələrdə və KİV-də yayılıb.

Terrorçuların 2-si qətlə yetirildikdən sonra onların birinin Suriyadan gəldiyi və digər şəxslərin də İŞİD üzvü olduğu üzə çıxıb. Livanda qarışıqlıq yaratmağa çalışan dəstənin rəhbəri də İŞİD sıralarında döyüşmüş Ömər Ğosn adlı terrorçudur. O hazırda xəstəxanaya yerləşdirilib və təhlükəsizlik qüvvələrinin nəzarətindədir.
Source : IslamTimes