0
Monday 31 August 2020 - 14:10

Livanda yeni baş nazirin seçilməsi üçün fəaliyyətlər başladı

Story Code : 883382
Livanda yeni baş nazirin seçilməsi üçün fəaliyyətlər başladı
Livanda avqust ayının əvvəlində istefa verən baş nazir Hesan Diabın yerinə yeni baş nazirin təyin edilməsi ilə bağlı fəaliyyətlərə start verilib. Bu zəmində Livanda daha öncələr baş nazir postunu tutmuş siyasilər prezident sarayına gələrək ölkə başçısı Mişel Aunla görüşüblər. 

"Əl-Cumhiuriyyə" qəzetinin yazdığına görə, sabiq nazirlər Nəcib Miqati, Təmam Səlam və Səd Həriri Mişel Aunla müzakirələr aparıb.

Miqati baş nazir postuna Livanın Almaniyadakı səfiri olmuş Mustafa Ədibi təklif edib. Digər iki sabiq baş nazir Təmam Səlam və Səd Həriri də ən yaxşı seçimin Mustafa Ədib olduğunu bildirib.

Səd Həriri deyib ki, hədəf Beyrutun yenidən qurulması olmalıdır, heç bir siyasi qüvvə "xalq"dan daha böyük ola bilməz.

Livan Parlamentinin sədri Nəbih Berrinin müavini isə hələ ki, heç kəsi namizəd olaraq irəli sürmədiklərini bildirib. 

"Hizbullah", "Əl-Müstəqbəl" və digər bir neçə fraksiya da Mustafa Ədibin adını baş nazir postuna namizəd olaraq irəli sürüblər.
Source : IslamTimes