0
Tuesday 1 September 2020 - 20:48

Pompeo: Çində həqiqəti deyənlər aradan götürülür

Story Code : 883686
Pompeo: Çində həqiqəti deyənlər aradan götürülür
Mayk Pompeo ABŞ Xarici İşlər Nazirliyinin Twitter hesabında yer alan açıqlamasında Çin Kommunist Partiyasını yalan danışmaqda və həqiqəti söyləyənləri aradan götürməkdə ittiham edib. O bildirib ki, Covid-19 virusu ilk dəfə Vuhanda meydana çıxıb və Çin Kommunist Partiyası bu virusla bağlı həqiqətləri gizlədiyindən böyük zərər-ziyanlara səbəb olub. Pompeo Honkonqdakı hadisələri də bir faciə adlandırıb və bu məntəqə əhalisinin hüquqlarının ayaq altına alındığını bildirib.

ABŞ dövlət katibi digər ABŞ rəsmilərinin Çin hakimiyyətinə qarşı Cənubi Çin dənizi ilə bağlı ittihamlarını da təkrarlayıb.

Donald Trampın prezident seçildiyi ilk gündən ABŞ və Çin hökumətləri arasında müxtəlif mövzularda gərginliklər yaranıb. Covid-19 virusu, Çinin Milli Təhlükəsizlik Qanununu təsdiqləməsi, Honkonqla bağlı ixtilaflar və Cənubi Çin Dənizi iki ölkə arasındakı problemli mövzuların kiçik bir qismidir. Tramp və Pompeo başda olmaqla ABŞ rəsmiləri dəfələrlə Çini koronavirusun yayılması ilə bağlı həqiqətləri gizlətməkdə ittiham edib.
Source : IslamTimes