0
Tuesday 1 September 2020 - 21:59

Le Figaro: Paris Slahlı Hizbullaha qarşı deyil

Story Code : 883693
Le Figaro: Paris Slahlı Hizbullaha qarşı deyil
Qəzetin yazdığına görə, Makron 6 avqustda Livana səfəri zamanı Müqavimət Cəbhəsinə bağlı Əl-Vəfa fraksiyasının lideri Məhəmməd Rəd ilə görüşüb. Fransa prezidenti bu görüşdə Livanda dəyişikliklərə nail olmaq üçün müqavimət qrupları ilə həmkarlıq etmək istədiyini deyib.

Amma bununla yanaşı Makron bir daha Livanın daxili işlərinə müdaxilə edərək, müqavimət qruplarının təmsilçisinə deyib ki, Hizbullah Suriya və Yəməndən çıxaraq, diqqətini Livan daxilindəki məsələlərə yönəltməlidir.

"Le Figaro" qəzeti həmçinin iddia edib ki, son həftələrdə Paris və Hizbullah arasında mətbuatdan uzaq müzakirələr də olub. Fransız mənbə qəzetə bildirib ki, Makron Hizbullaha deyib: "Biz sizin üçün mühüm olan silah və digər bir neçə mövzuda sizə təzyiq göstərərək müxalif mövqedə olmayacağıq. Amma bunun müqabilində siz də hökumətin formalaşmasına kömək etməli və özünüz də bu prosesdə iştirak etməlisiniz..."

"Le Figaro"nun yazdığına əsasən bu gün də Makron Beyrutdakı "Sənubər" Sarayında Məhəmməd Rəd ilə görüşüb.

Ötən gecə Beyrut hava limanına gələn Fransa prezidenti əsas məqsədinin Beyrutdakı partlayışdan sonra Livana humanitar yardımın çatdırılması olduğunu iddia edib.

Makron daha öncə Livan dövlətini hədələyərək onların əsaslı dəyişikliklər etməsi üçün yalnız 3 ay vaxtları olduğunu bildirib və əks halda sanksiyalarla üzləşəcəklərini deyib.
Source : IslamTimes