0
Tuesday 1 September 2020 - 22:12

ABŞ hərbçiləri 4 koreyalını əzərək öldürdü

Story Code : 883695
ABŞ hərbçiləri 4 koreyalını əzərək öldürdü
Cənubi Koreyanın rəsmi "Yonhap" xəbər agentliyi bildirib ki, Cənubi Koreyanın paytaxtı Seul yaxınlığında bir minik avtomobili ABŞ-a məxsus zirehli bir texnika ilə baş-başa gəldikdən sonra ölümcül bir qəza baş verib.

Hadisə Seulun təxminən 40 kilometr şimalındakı Poçeon şəhərində baş verib. Qəza nəticəsində dörd Koreya vətəndaşı ciddi şəkildə xəsarət aldığından xəstəxanaya çatdırılsa da onları xilas etmək mümkün olmayıb. ABŞ hərbçiləri isə zirehli texnikada olduğundan onlardan biri cüzi xəsarət alıb. 

Şəhər polisi aralarında bir cütlük də olan dörd nəfərin avtomobillə körpü üzərindən keçən zaman ABŞ hərbi maşını ilə toqquşduğunu bildirib.

Dörd qurbanın hamısı orta yaşlı olub.

Polisi qəzanın səbəblərinin araşdırıldığını bildirib.
Source : IslamTimes