0
Thursday 3 September 2020 - 21:33

Lavrov: Rusiya və müttəfiqləri Suriyada beynəlxalq terrorizmin kökünü kəsəcək!

Story Code : 884131
Lavrov: Rusiya və müttəfiqləri Suriyada beynəlxalq terrorizmin kökünü kəsəcək!
Russia Today-in verdiyi məlumata görə, Sergey Lavrov bu gün Moskvada BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Gier Pederson ilə görüşün əvvəlində Cenevrədə baş tutan Suriya Konstitusiya Komitəsinin toplantısının nəticələrini yüksək qiymətləndirib.

Lavrov deyib: "Hələ ki, bütün problemlər həll olunmayıb. Gələcək planlarla bağlı da tam razılıq əldə edilməyib. Amma mətbuat konfransında qeyd etdiyim kimi, ümumi olaraq bu görüşün çox faydalı və səmərəli olduğunu söyləyə bilərik."

Rusiya Xarici İşlər Naziri təkidlə vurğulayıb ki, Rusiya Astana danışıqlarında öhdəçilik daşıyan tərəf kimi Suriyada razılaşma əldə edilməsi üçün konstitusiya islahatı ilə bağlı məsələlərdə səylərini davam etdirəcək. Biz müttəfiq ölkələrlə birlikdə Suriya dövlətinin bütövlüyünü qorumaq, terrorçuların bu ölkədə kökünü kəsmək üçün Suriya dövlətinə yardım etməyə davam edəcəyik..."
Source : IslamTimes