0
Sunday 6 September 2020 - 08:27

ABŞ-da Trampa dəstək məqsədli qayıq paradında bir neçə kater batıb

Story Code : 884584
ABŞ-da Trampa dəstək məqsədli qayıq paradında bir neçə kater batıb
APA xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

“Hadisə parad zamanı baş verdi. Bizə həyəcan siqnalı verən gəmilər barədə bir neçə məlumat daxil oldu və onların bəziləri batdı”, - deyə yerli polis idarəsindən telekanala bildirilib. Hadisənin səbəbləri hələlik açıqlanmayıb.

Yerli təcili tibbi yardım xidmətinin “Twitter”də açıqladığı məlumata görə, hələ ki, hadisə nəticəsində heç kim xəsarət almayıb və xidmətə hər hansı müraciət daxil olmayıb.

Məlumata görə, parad zamanı bir neçə yüz qayıq iştirak edirmiş.