0
Wednesday 9 September 2020 - 19:40

ABŞ-da koronavirusa qarşı peyvənd yan təsir doğurdu: bütün sınaqlar dayandırıldı

Story Code : 885293
ABŞ-da koronavirusa qarşı peyvənd yan təsir doğurdu: bütün sınaqlar dayandırıldı
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, buna əsas səbəb könüllü xəstələrdən birində təhlükəli yan təsirin əmələ gəlməsi olub.

“AstraZeneca” şirkətinin nümayəndəsi “AZD1222” şərti adı verilən peyvəndin tətbiqi ilə bağlı ümumi vəziyyəti analiz etmək üçün işi dayandırdıqlarını təsdiqləyib. Xəstənin vəziyyətinin pisləşməsinin peyvənddən irəli gəlmədiyi ehtimalı olduqca qüvvətli olsa da, amerikan mütəxəssislər ehtiyatı əldən buraxmaq istəməyiblər.

Gələn informasiyalara əsasən, ABŞ-da hazırda 3-cü mərhələdə 9 namizəd peyvənd sınaqdan keçirilir. Hələ ikinci mərhələdə 1000 nəfərin iştirakı ilə keçirilən testlərdə könüllülərin 60%-də hərarət, baş ağrıları, əzələ ağrıları və inyeksiyaya qarşı həssaslıq kimi yan təsirlər görünüb. Lakin bunlar ciddi problemlər sayılmır. 3-cü mərhələdə isə 30 min könüllü amerikalının yardımından istifadə olunacaq.

Qeyd olunur ki, “AZD1222 peyvəndi” “SARS-CoV-2” zülallarından birinin geninin əlavə olunduğu neytrallaşdırılmış adenovirus əsasında yaradılıb. Bu cür adenovirus peyvəndləri “Ebola” virusu kimi digər təhlükəli viruslara qarşı da sınaqdan keçirilib.

Lakin amerikalılardan fərqli olaraq, Rusiya mütəxəssisləri olduqca tez bir zamanda, peyvənd hazırladıqlarını iddia edirlər.