0
Wednesday 9 September 2020 - 20:31

BƏƏ və ABŞ İsraillə münasibət qurması üçün Omana təzyiq göstərir!

Story Code : 885307
BƏƏ və ABŞ İsraillə münasibət qurması üçün Omana təzyiq göstərir!
Sabiq FBİ məmuru Ali Sofana bağlı "Sofan" kəşfiyyat qrupu Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zayidin Oman sultanı Heysəm bin Tariqə qarşı gizli planı haqda yazıb.

"Al-Ahd" xəbər saytı yazıb ki, BƏƏ Oman sultanına təzyiq göstərir, çünki bu ölkənin böyük neft və qaz ehtiyatları yoxdur. Bundan əlavə Oman Bəhreyndən fərqli olaraq Səudiyyə Ərəbistanının dəstəyindən də faydalanmır! 

Birləşmiş Ərəb Əmirliyi Omanın ən böyük sərmayəçilərindən biridir. Lakin ABŞ Prezidenti Donald Trampın da tələbləri səbəb olub ki, BƏƏ Oman Sultanı Heysəm bin Tariqə təzyiq göstərərək, ondan İsrail ilə münasibətləri normallaşdırmağı tələb etsin.

Məlumata görə, rəsmi Əbu-Dabi hesab edir ki, Oman sionist rejimlə münasibətləri normallaşdırsa Qətərin də müqavimətinin qırılması daha rahat şəkildə baş verəcək.
Source : IslamTimes